11:11 - 29.10.2024
29 oktyabr, Fineko/abc.az. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Sinqapur dövlətinin “Singapore Cooperation Enterprise” qurumu arasında Anlaşma Memorandumu imzalanıb.
ABC.AZ xəbər verir ki, bu barədə İRİA məlumat yayıb.
Qeyd edilib ki, memorandum Kiçik və Orta Biznesin (KOB) rəqəmsallaşdırılması sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafını nəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində qurumlar rəqəmsal hökumət xidmətləri, siyasət və tənzimləyici çərçivələr istiqamətində bacarıqların inkişafı və bilik mübadiləsini həyata keçirəcəklər.
Qeyd edək ki, Sinqapur KOB-ların rəqəmsallaşması sahəsində geniş təcrübəyə malikdir və bu istiqamətdə 2017-ci ildən fəaliyyət göstərir.
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024