11:19 - 29.10.2024
29 oktyabr, Fineko/abc.az. Azərbaycanda şirkət (hüquqi şəxs) yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərə verilən kreditlərin həcmi 1 oktyabr tarixinə yeni tarixi rekord yeniləyib.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bankların fərdi sahibkarlara verdiyi kreditlərin həcmi 3 milyard 472 milyon manatdır.
Bu da ilin əvvəlindən 543 milyon və ya 18.5 faiz artımdır. Cari ilin əvvəlində bu həcm 2 milyard 929 milyon manat idi.
Təkcə son bir ayda portfel 2.8 faiz artıb.
Bu kreditlərin də 98 faizi milli valyutada verilib – 3 milyard 408.6 milyon manat.
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024