Ukraynanın keçmiş prezidenti: Müharibədən sonra Ukrayna üçün Rusiya ilə iqtisadi əlaqələr olduqca zəruridir

10:42 - 30.10.2024


30 oktyabr, Fineko/abc.az. “Müharibədən sonra Ukrayna üçün Rusiya ilə iqtisadi əlaqələr nəinki mümkündür, hətta olduqca zəruridir”.

ABC.AZ xəbər verir ki, Ukraynanın keçmiş prezidenti Leonid Kuçma belə bir açıqlama verib.

Onun fikrincə, bu, Rusiyadan təzminat almaq üçün lazımdır.

“Əks təqdirdə, necə təzminat alacağıq? Başqa əlaqələri, həm də müharibədən sonrakı ilk illərdə, mən təsəvvür etmirəm”, - deyə o vurğulayıb.