11:59 - 30.10.2024
30 oktyabr, Fineko/abc.az. “Audi”nin Brüsseldəki zavodunda istehsal dayandırıla bilər.
ABC.AZ xəbər verir ki, zavodda istehsalın dayandırılması gələn ilin fevralına planlaşdırılır. Şirkət bu qərar barədə həmkarlar ittifaqlarını artıq məlumatlandırıb.
Zavodun bağlanmasının əsas səbəbi tələbin aşağı düşməsi və xərclərin artmasıdır. “Audi” şirkətinin rəhbərliyi zavodun bağlanması barədə məlumatlandırma və məsləhətləşmə prosesini iki həftə ərzində yekunlaşdırmağı planlaşdırır. Zavodun gələcəyindən narahat olan işçilər bu yaxınlarda qeyri-adi etiraz aksiyası keçirərək 200 avtomobilin açarlarını oğurlamışdılar.
Üç min nəfərin işlədiyi zavod təkcə elektrikli “Q8 e-tron” avtomobili istehsal edir. Bu model Çin bazarında xüsusilə uğurlu olub. Çindən gələn tələbin hazırda kəskin şəkildə aşağı düşməsi ilə əlaqədar satışların həcmi də azalıb. Logistik xidmətlərin yüksək olması da şirkət üçün əlavə çətinlik yaradır. “Audi” şirkəti zavodla əlaqədar hazırda potensial investorla müzakirələr apardığını elan edib.
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024