2040-cı ilə qədər “Oil India” bərpa olunan enerji mənbələrinə 2 milyard dollar sərmayə qoyacaq

14:38 - 30.10.2024


30 oktyabr, Fineko/abc.az. Hindistan dövlət enerji şirkəti “Oil India”, 2040-ci ilə qədər bərpa olunan və davamlı enerji ilə əlaqəli layihələrə 165 milyard rupi (təxminən 1,98 milyard dollar) sərmayə qoyur.

ABC.AZ xəbər verir ki, investisiya şirkətin 2040-cı ilə qədər karbon neytrallığına nail olmaq planlarının bir hissəsi olacaq. Eyni zamanda, 90 milyard rupi (1,08 milyard dollar) günəş və sahil külək enerjisi layihələrinin inkişafına yönəldiləcək, onların ümumi gücü 1,8 MVt olacaq. Şirkət daha 30 milyard rupi (361 milyon dollar) "yaşıl" hidrogen texnologiyalarının inkişafına investisiya yatırır.