14:50 - 30.10.2024
30 oktyabr, Fineko/abc.az. Qazaxıstan və Monqolustan Yerin məsafədən zondlanması peykləri sisteminin birgə işlənib hazırlanması üzrə investisiya sazişi imzalayıblar.
ABC.AZ xəbər verir ki, Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, layihə Monqolustan üçün peykin işlənib hazırlanmasını nəzərdə tutur.
Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Jaslan Madiyev bildirib ki, bu, ölkə tarixində tamamilə qazax mühəndisləri tərəfindən işlənib hazırlanmış ilk peykin ixracıdır.
“Peyk Monqolustanın ehtiyaclarına uyğunlaşdırılacaq ki, bu da regional peyk infrastrukturunu möhkəmləndirəcək və Qazaxıstanın kosmik texnologiya sahəsində artan potensialını vurğulayacaq”, – deyə o qeyd edib.
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024