Zəngilanın bu kəndinin yenidən qurulmasına 14 milyon manat xərclənəcək

15:29 - 30.10.2024


30 oktyabr, Fineko/abc.az. “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tender elan edib.

ABC.AZ xəbər verir ki, tenderdə Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsinin yenidənqurulması layihəsi çərçivəsində daxili kommunikasiya (qaz, su, elektrik ve zəif axın) işlərinin satın alınması nəzərdə tutulur.

Ehtimal olunan qiymət isə 14 130 163 manatdır.