Macarıstan və Slovakiya Ukrayna vasitəsilə Rusiya neftinin tədarükünü bərpa edir

17:25 - 30.10.2024


30 oktyabr, Fineko/abc.az. Macarıstan və Slovakiya faktiki olaraq Rusiya neftinin Ukrayna vasitəsilə tədarükünü bərpa ediblər.

ABC.AZ xəbər verir ki, məlumata görə, "Lukoyl"un "Drujba" neft kəməri ilə tədarükü ilə bağlı böhran həll edildikdən sonra Macarıstanın MOL şirkəti Macarıstan və Slovakiyadakı neft emalı zavodlarına təxminən 300 min ton neft vurdu. Sentyabr ayında "Drujba" neft kəməri ilə Rusiya neftinin Macarıstan və Slovakiyaya tədarükünün ümumi həcmi 850 min ton təşkil edib.

Təchizatın xeyli hissəsi, təxminən 48%-i "Tatneft" şirkəti tərəfindən təmin edilib. Oktyabr ayında "Drujba" üzrə tədarük həcminin artacağı proqnozlaşdırılır.

Rusiya neftinin Ukrayna vasitəsilə tədarükünə dair kompromis yalnız iki aydan sonra tapıldı. Nəticədə MOL özü Ukrayna-Belarus sərhədini keçməzdən əvvəl ona çatacaq həcmləri götürməyə və tranzit üçün ödəməyə başladı.