Neft bahalaşır, Brent bir barelə $73,08 təşkil edir

09:50 - 31.10.2024


31 oktyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri əvvəlki sessiyanın nəticələrinə görə inamlı bir yüksəlişdən sonra cümə axşamı hərracda yüksəlir.

Brent markalı neftin dekabr ayı üçün fyuçersi ICE Futures birjasında saat 09:45-də $0,53 (0,73%) artaraq bir barel üçün $73,08-a yüksəlib. Oktyabrın 30-da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $1,43 (2,01%) artaraq bir barelə $72,55-a çatıb.

Saat 09:45-də NYMEX əmtəə birjasının ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti $0,51 (0,74%) artaraq bir barel üçün $69,12-a yüksəldi. 30 oktyabr ticarətinin nəticələrinə görə, WTI neftinin dekabr fyuçersləri $1,40 (2,08%) - bir barel üçün $68,61-a yüksəlib.