Yasamalda park tikintisinin davamı üçün 38 milyon manat ayrıldı

11:19 - 31.10.2024


31 oktyabr, Fineko/abc.az. Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC tender elan edib.

ABC.AZ xəbər verir ki, tenderdə Bakı şəhəri, Yasamal rayonu, Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırma işlərinin satın alınması nəzərdə tutulur.

Ehtimal olunan qiymət isə 38 milyon manatdır.