13:58 - 31.10.2024
31 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi, 11-22 noyabr tarixlərində Bakıda mötəbər COP29 tədbiri keçiriləcək. Sözügedən tədbirin Bakıda keçirilməsi Azərbaycan üçün bir neçə aspektdən vacibdir. COP29 Azərbaycanın nüfuzunu artırmaqla yanaşı, həm də ölkəmizin 11 gün ərzində dünyada gündəm olmasına səbəb olacaq. Elə ona görədir ki, hökumət bu tədbirə çox ciddi hazırlaşır, küçə və yollar abadlaşdırılır, təmir işləri həyata keçirilir. Siyasi aspektdən də COP29 Azərbaycanın dünyada mövqeyini möhkəmləndirəcək, söz sahibi edəcək.
Bəs, COP29-un Azərbaycan üçün iqtisadi dividentləri nə ola bilər?
ABC.AZ-ın sualını cavablandıran millət vəkili Vüqar Bayramov bildirib ki, COP iştirakçı sayı, iştirakçılıq statusuna görə dünyanın əm böyük tədbirlərindən biridir.
Onun sözlərinə görə, praktik olaraq bu dünyanın ən böyük tədbiri hesab olunur.
Deputat hesab edir ki, BMT-nin dövlət başçıları ilə keçirilən iclaslarından sonra COP ən nüfuzlu tədbiridir. V.Bayramov COP-un Azərbaycan üçün siyasi, ətraf mühitin qorunması və iqlim dəyişiklikləri ilə bağlı proseslərə təsiri ilə yanaşı, həm də turizm sektoruna verəcəyi töfhəni də sadaladı:
"COP həm də iqtisadi əhəmiyyət daşıyır. Əvvəla COP29-un Azərbaycanda keçirilməsi birbaşa Azərbaycanın turizm sektoruna töfhə verəcək. Çünki, bu həmin günlərdə, COP-un keçirildiyi dövrdə Azərbaycana gələn əcnəbilərin sayının kəskin artmasına və təbii ki, turizm və xidmət sektorunun, o cümlədən bank sektorunun bundan faydalanmasına gətirib çıxaracaq. Eyni zamanda bu tədbir turizm üçün, həm də dayanıqlıq baxımından da vacib faktorlardandı. Çünki, adətən ölkəyə gələn turistlər qayıtdıqdan sonra ölkə ilə bağlı məlumatları bölüşürlər, bu da təbii ki, yeni turistlərin Azərbaycana gəlməsinə şərait yaradır. O baxımdan turizm sektoru COP-un keçirildiyi dövrdə, həm də uzun müddətli zaman kəsimində bu tədbirin Azərbaycanda keçirilmısindən faydalana biləcək".
Millət vəkili tədbirin iqtisadi tərəflərinə də toxunaraq bildirdi ki, COP-un keçirilməsində digər mühüm məqam Azərbaycanın öz potensialını və imkanlarını təqdim etməsidir.
"Əslində COP həm də sərmayələrin cəlb edilməsi baxımından vacibdir, çünki bu praktik olaraq, həm Azərbaycan iqtisadiyyatının potensialını təqdim etmək imkanı verəcək, həm də bu ölkəmiz üçün birmənalı şəkildə yeni sərmayələr və xüsusən də xarici sərmayələrin cəlbi baxımından səmərəli olacaq. Nəzərə alsaq ki, Cənab Prezident yeni dövrün yeni hədəflərini müəyyənləşdirən zaman xarici sərmayələrin cəlb edilməsini əsas istiqamətlərdən biri kimi qeyd etmişdi. Xüsusən də qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsi vacibdir. COP Azərbaycan üçün iqtisadi üstünlüklər və dividentlər gətirəcək", - deyə deputat bildirib.
Müəllif: Elmir Murad
4 Noyabr 2024
4 Noyabr 2024
4 Noyabr 2024
4 Noyabr 2024
4 Noyabr 2024
4 Noyabr 2024
4 Noyabr 2024
4 Noyabr 2024
4 Noyabr 2024
4 Noyabr 2024
4 Noyabr 2024
4 Noyabr 2024