Azərbaycanda ən az və ən çox investisiya yatırılan rayonlar - SİYAHI

14:21 - 31.10.2024


31 oktyabr, Fineko/abc.az. Bu il ərzində Bakı şəhərinə ümumilikdə 7 milyard 166,7 milyon manat investisya yatırımı edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Bakıdan sonra ən çox yatırım edilən rayon Kəlbəcər rayonu olub.

Rayona ümumilikdə 801,4 milyon manat yatırım olunub. Kəlbəcərdən 528,4 milyon manat göstərici ilə Ağdam rayonu gəlir.

İlk üçlüyə işğaldan azolunmuş Şuşa rayonu da daxil olub. Rayona 9 ay ərzində 389,1 milyon manatdan çox vəsait yönəldilib.

Növbəti üçlüyə də işağlan azad olunmuş rayonlar daxildir. Belə ki, Füzuli rayonuna 321,2 milyon manat, Cəbrayıl rayonuna 280,2 milyon manat, Qubadlı rayonuna isə 270,9 milyon manat investisiya yatırımı olunub. 4 şəhər və rayona yatırımların məbləği 100 milyon manatdan çox olub.

Bura Sumqayıt şəhəri (178,2 milyon manat), Abşeron (130 milyon manat), Şamaxı (103,5 milyon manat) və Ağsu (100,1 milyon manat) daxildir.

Bu dövrdə ən az vəsait yönəldilən rayon isə Qobustan rayonu olub. Rayona 9 ay ərzində cəmi 487 min manat yönəldilib. 13 rayona yatırımların məbləği 10 milyon manatdan az olub.