Azərbaycanda gizli karbon vergiləri mövcuddur - Rəis müavini

14:23 - 31.10.2024


31 oktyabr, Fineko/abc.az. Karbon vergiləri həm mitiqasiya, həm adaptasiya, həm də ölkənin iqlim fəaliyyəti ilə bağlı ölkənin üzərinə götürdüyü hədəflərə çatmaq üçün istifadə edilir. İnkişaf etməkdə olan ölkə kimi deyə bilərik ki, bizdə aşkar karbon vergiləri olmasa da, gizli karbon vergiləri mövcuddur. Yanacaqlara tətbiq edilən yanacaq vergiləri, mədən vergiləri, yol vergiləri əslində Azərbaycanda gizli karbon vergilərinin olduğunu göstərir.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisinin müavini Samirə Musayeva “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda keçirilən Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda deyib.

O bildirib ki, 42% emissiyalar bu və ya digər formada gizli karbon emissiyaları ilə əhatə olunub. (APA)