Azərbaycandakı valyuta hərraclarındakı satış artıb, ya azalıb?

14:39 - 31.10.2024


31 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Mərkəzi Bankının Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 6 milyard 116,8 milyon ABŞ dolları məbləğində satış olub.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,15 dəfə çoxdur.

Təkcə bu ay isə valyuta satışının məbləği 738,7 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2,5 dəfə çoxdur.