17:30 - 31.10.2024
31 oktyabr, Fineko/abc.az. Böyük Britaniyanın bütün universitetləri yeməkxanaların menyusunu tamamilə tərəvəz yeməkləri ilə əvəz etsələr, iaşə xərclərinə ildə 1,5 milyon funt sterlinqə qədər qənaət edə və emissiyaları 80% azalda bilərdilər.
ABC.AZ xəbər verir ki, bu barədə Britaniyanın Bryant Research konsaltinq şirkətinin hesabatında deyilir.
Hesabatda deyilir ki, bunun səbəbi bitki qidalarının guya ətdən 30% ucuz və vegetarian yeməklərindən 21% ucuz olması, istehsalında ətli yeməklərlə müqayisədə 84% daha az istixana qazı buraxmasıdır.
"Modelimiz göstərdi ki, bitki qidaları vegetarian və ət qidaları ilə müqayisədə müxtəlif ekoloji tədbirlərə görə ardıcıl olaraq ən davamlıdır. Qeyd etmək vacibdir ki, bitki qidalarına keçidin iaşə müəssisələrinə qida alış xərclərini azaltmaq imkanı verdiyini də gördük", - Bryant Research direktoru Kris Brayant və siyasi tədqiqatçı Billi Nikollesin birgə rəyində bildirilir.
7 Noyabr 2024
7 Noyabr 2024
7 Noyabr 2024
5 Noyabr 2024
5 Noyabr 2024
5 Noyabr 2024