Aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı artıb

11:09 - 1.11.2024


1 noyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində aqrar-sənaye məhsullarının ixracı 60% artaraq 233,4 milyon ABŞ dollarına bərabər olub.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında deyilir.

Məlumata görə, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8% artaraq 755,4 milyon ABŞ dolları təşkil edib.