Dünya bazarında neftin 1 barelinin orta qiyməti gələn il belə olacaq - PROQNOZ

11:34 - 1.11.2024


1 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı bu il dünya bazarında neftin 1 barelinin orta qiyməti ilə bağlı proqnozunu açıqlayıb.

ABC.AZ xəbər verir ki, rəqəmlərlə bağlı proqnoz qurumun sədri Taleh Kazımov mətbuat konfrasında bəyan edib. O qeyd edib ki,  bu il dünya bazarında neftin 1 barelinin orta qiyməti 81,4 ABŞ dolları, gələn il isə 79,2 ABŞ dolları olacağı proqnozlaşdırılır.

"Təbii qazın isə 1 000 kubmetrinin orta qiymətinin bu il 290 ABŞ dolları, gələn il isə 340 ABŞ dolları olacağını gözləyirik", - deyə o qeyd edib.

Müəllif: Elmir Murad