Mərkəzi Bank Yaşıl Maliyyə Taksonomiyanı nə vaxt açıqlayacaq?

12:13 - 1.11.2024


1 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) Yaşıl Maliyyə Taksonomiyasını noyabrın 11-22-də Bakıda COP29 sessiyası zamanı açıqlayacağı gözlənilir.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə bildirib.

O qeyd edib ki, sənədlə bağlı son 2 həftədə məsləhətləşmələr aparılıb.

"Taksonomiya 200-ə yaxın yerli və xarici ekspertlə, o cümlədən iki beynəlxalq təşkilatın nümayəndələri ilə müzakirə edilib. Həmin qurumlar da 110 ölkəni əhatə edir. Hazırda onu hökumətə təqdim etməyə hazırlaşırıq. Deyə bilərik ki, razışama əldə edilib", - deyə Ş.Mahmudov qeyd edib.

Müəllif: Elmir Murad