Rusiyada rəqəmsal valyutanın dövriyyəsinin tənzimlənməsi haqqında Qanun qüvvəyə minib

12:21 - 1.11.2024


1 noyabr, Fineko/abc.az. Noyabrın 1-də Rusiya Federasiyası hökumətinin mayninq üçün infrastruktur təmin edən operatorların fəaliyyətini tənzimləmək hüququ aldığı rəqəmsal valyutanın dövriyyəsinin tənzimlənməsi haqqında qanun qüvvəyə minib.

ABC.AZ xəbər verir ki, xüsusilə, qanun hökumətə müəyyən bölgələrdə və ya onların ayrı-ayrı ərazilərində rəqəmsal valyuta mayninqini qadağan etmək, habelə bu cür məhdudiyyətlərin tətbiqi qaydasını və hallarını müəyyənləşdirmək hüququ verib. Mayninq-pulda (yükü rəqəmsal valyutanın çıxarılması üçün paylamaq üzrə istifadə olunan xüsusi server) iştirak da qadağan edilə bilər.

Hökumət mayninq infrastrukturunu təmin edən operatorların fəaliyyətini də tənzimləyəcək.