9 ayda ödəniş kartları ilə 2.1 milyard manat dəyərində əməliyyat aparılıb

12:29 - 1.11.2024


1 noyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-sentyabr aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 2.1 milyard manat dəyərində əməliyyat aparılıb.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında deyilir.

Qeyd olunur ki, yalnız sentyabr ayında 265.2 milyon manat dəyərində əməliyyat aparılıb.