14:51 - 1.11.2024
1 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankına yerli banklardan biri islam bankçılığı ilə bağlı müraciət edib.
ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov ənənəvi keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, Mərkəzi Bank əsasən sukuk istiqrazlarının buraxılmasına fokuslanıb və Dünya Bankı ilə birlikdə müvafiq qanunvericiliyn hazırlanmasına başlanılıb:
"Bu məsələdə irəliləyiş banklarsız çətin olar, çünki onlar istiqrazların müştərilərini daha yaxşı tanıyır. Həmin bir banklar test rejimində fəaliyyət üçün danışıqlar gedir. Əvvəlcə sükuk buraxılması, daha sonra isə islam bankçılığının tətbiqi gözlənilir. Açığını desəm bu layihənin icrasına 3-5 il vaxt lazımdır. Əsas məqsədmimz maliyyə inklüzivliyini və maliyyə əlçatanlığını artırmaqdır”.
Müəllif: Elmir Murad
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024