Bu dəyişiklik həyatın yaşam sığortasındakı yığımları azaldacaq

15:27 - 1.11.2024


1 noyabr, Fineko/abc.az. Həyatın yığım sığortasında dəyişikliklər bu sığorta növü üzrə müqavilələrin 50 faiz azalmasına təsir edəcək.

ABC.AZ xəbər verir ki, bunu ənənəvi məcbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

O bildirib ki, həyatın yaşam sığortası üzrə yığımlar isə 60% civarında azalacaq.

Özəl sektorun həyatın yaşam sığortasına cəlb bedilməsi ilə qarşıdakı üç il ərzində təsdirəcən bu itkilər kompensasiya olunacaq.

Qeyd edək ki, gələn ildən etibarən müvafiq qanunvericiliyə dəyişiklik edilməklə dövlət sektorunda çalışanların həyatın yaşam sığortasına qoşulması dayandırılacaq.