İndiyədək Sumqayıt Kimya Sənaye Parkından 12,5 milyard manatlıq məhsul satılıb

15:39 - 1.11.2024


1 noyabr, Fineko/abc.az. İndiyədək İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında ümumilikdə 12,5 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 4,37 milyard manatlıq hissəsi ixracın payına düşür.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat xidmətinin rəhbəri Elçin Kazımov məlumat verib.

O bildirib ki, Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyaların həcmi 6 milyard manatdan artıq olan 41 sahibkarlıq subyektinə rezidentlik statusu verilib:

“Bu rezidentlərdən hazırda 24-ü fəaliyyət göstərir. Bu il Sənaye Parkında daha 2 müəssisənin fəaliyyətə başlaması planlaşdırılır”.