15:57 - 1.11.2024
1 noyabr, Fineko/abc.az. İndiyədək Sumqayıt Kimya Sənaye Parkına rezidentlər tərəfindən 5,5 milyard manat sərmayə yatırılıb, 6600-dən çox daimi iş yeri yaradılıb.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat xidmətinin rəhbəri Elçin Kazımov məlumat verib.
O qeyd edib ki, mövcud layihələr üzrə Sənaye Parkına əlavə olaraq 546 milyon manat investisiyanın yatırılması, 2500-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.
"Parkın rezidentləri tərəfindən indiyədək ümumilikdə 12,5 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 4,37 milyard manatlıq hissəsi ixracın payına düşür. Cari ilin 9 ayında Sumqayıt Kimya Sənaye Parkında 2,13 milyard manatlıq məhsul istehsal edilib, 762,7 milyon manatlıq məhsul ixrac edilib. Ötən illə müqayisədə ixrac 13,1% artıb.
Bu dövrdə Sumqayıt Kimya Sənaye Parkının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 15,6%, ixracında isə 24,7% təşkil edib”, – E. Kazımov qeyd edib.
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024