Türkiyə Siemens şirkətini "etibarsız" təchizatçı hesab edir

15:59 - 1.11.2024


1 noyabr, Fineko/abc.az. "Akkuyu" Atom Elektrik Stansiyasına (AES) avadanlıq tədarükü ilə bağlı müqavilənin öhdəliklərini pozan Almaniya şirkəti “Siemens”ə etibar etmək olmaz.

ABC.AZ xəbər verir ki, Türkiyənin energetika naziri Alparslan Bayraktar belə hesab edir.

O xatırladıb ki, turbinlərin ən vacib potensial təchizatçılarından biri olan Siemens ölkənin bir çox qurumları ilə işləyir. "Akkuyu" AES-in ilk reaktoru 2025-ci ilin yazında işə salınmalı idi, lakin pandemiya, Ukraynadakı vəziyyətin nəticələri və Siemens-dən avadanlıqların vaxtında verilməməsi səbəbindən son tarixlər gələn ilin sonuna təxirə salındı. Bayraktar bildirib ki, müqavilə şərtlərinin pozulması nəticəsində layihənin icrası zamanı şirkətin avadanlıqlarından 99% istifadə olunmayacaq. Nazir Çindən gələn avadanlıqdan istifadə ediləcəyini bildirib.