Qazaxıstanda "rəqəmsal köçəri" vizası tətbiq edilib

16:20 - 1.11.2024


1 noyabr, Fineko/abc.az. Qazaxıstanda "rəqəmsal köçəri" vizası tətbiq edildi.

ABC.AZ xəbər verir ki, xaricdə ən azı 3 000 dollar gəliri olan məsafədən işləyənlər bunu əldə edə biləcəklər. Viza bir il müddətinə veriləcək. Həmçinin, köçərilər tibbi sığorta və məhkumluğun olmaması haqqında şəhadətnamə təqdim edəcəklər. Qazaxıstanda 500 nəfər belə viza alırsa, iqtisadi effekt ildə 7,3 milyon dollar olacaq.