Çində elektrik yaradan obyektlərin ümumi gücü 3,16 min GVT-ə çatıb

16:37 - 1.11.2024


1 noyabr, Fineko/abc.az. 2024-cü ilin sentyabr ayının sonuna qədər Çində elektrik yaradan obyektlərin məcmu quraşdırılmış gücü 3,16 min GVT-ə çatıb.

ABC.AZ xəbər verir ki, bu, illik müqayisədə 14,1% çoxdur.

Sentyabr ayının sonunda bərpa olunan enerji mənbələri ilə işləyən elektrik generatorlarının quraşdırılmış gücü illik müqayisədə 25% artaraq 1,73 min GVT-ə çatıb ki, bu da Çinin ümumi quraşdırılmış elektrik generator gücünün 54,7%-ni təşkil edir.