Bakı-Şamaxı yolunun bir hissəsində təmir işlərinə başlanılıb

16:41 - 1.11.2024


1 noyabr, Fineko/abc.az. M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində təmir-bərpa işləri aparılır.

AAYDA-dan ABC.AZ-a bildirilib ki, təmir-bərpa işləri sözügedən yolun Şamaxı istiqamətində 66,3-69,5 kilometrlik hissəsində icra olunur.

Sözügedən hissədə yaranmış deformasiyalar avtonəqliyyat vasitələrinin rahat hərəkətinə maneə yaradırdı. Aparılan bərpa işləri ilə bu maneənin aradan qaldırılması planlaşdırılır.

Hazırda ərazidə örtüyün və yararsız qruntun qazılaraq kənarlaşdırılması işləri görülür. Ardınca lazımi materiallarının daşınması, yol geyiminin alt qatının sərilməsi və kipləşdirilməsi, yeni asfalt-beton örtüyün sərilməsi işləri icra ediləcək. Görülən işlərə paralel olaraq, suların ötürülməsi məqsədilə drenaj boruların tikintisi işləri də aparılır.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri icra olunacaq.