СОР29 günlərində Bakı sakinlərini hansı dəyişikliklər gözləyir

16:56 - 1.11.2024


1 noyabr, Fineko/abc.az. Noyabrın 11-dən 22-dək Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (СОР29) tərəflərinin 29-cu Konfransı keçiriləcək.

ABC.AZ xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, məktəblilər bu müddət ərzində (noyabrın 12-dən 22-dək) uzun payız tətilinə gedəcəklər. Bakı, Sumqayıt və Abşeron rayonunun orta ixtisas və ali təhsil müəssisələri distant təhsil formatına keçəcək. Dövlət qurumlarının işçilərinin 70%-i onlayn rejimdə işləyəcək.

COP29 liderlərinin sammiti zamanı - 11, 12 və 13 noyabr tarixlərində Bakı yollarında, xüsusilə hava limanı şossesi, Heydər Əliyev prospekti, Neftçilər prospekti, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Useynov, Xaqani Rüstəmov, Teymur Elçin və Mehdi Hüseyn küçələrində bir sıra məhdudiyyətlər tətbiq ediləcək.

Tədbir iştirakçıları avtobuslardan, metrodan və dəmir yolu nəqliyyatından pulsuz istifadə edəcəklər. Bunun üçün onlar sadəcə akkreditasiya kartını göstərməlidirlər.