10:17 - 4.11.2024
4 noyabr, Fineko/abc.az. Hazırda idman dünyasında Səudiyyə Ərəbistanı Suveren İnvestisiya Fondundan (PIF) daha nüfuzlu maliyyə oyunçusu yoxdur. Amma indi ölkə beynəlxalq layihələrə investisiyaları azaldır və bütün diqqətini daxili iqtisadiyyata yönəldir.
ABC.AZ xəbər verir ki, Səudiyyə Ərəbistanı Suveren İnvestisiya Fondunun (PIF) portfelinə müxtəlif idman növləri üzrə 300-dən çox sponsorluq müqaviləsi daxildir. Səudiyyə Ərəbistanı idman bazarında əsas maliyyə oyunçusuna çevrildikdən sonra 2021-ci ildən 2023-cü ilə qədər olan iki il ərzində qlobal idman sövdələşmələrinə ən azı 6.3 milyard dollar xərcləyib.
PIF-in ümumi kapitalının 930 milyard dollar olduğunu nəzərə alsaq, Yaxın Şərqdən gələn pullar dünya idmanını istehlak etməyə davam edəcəkdi, lakin fondun rəhbəri Yaser Ər-Rumayyan bu məsələdə fərqli fikirdədir. O bildirib ki, PIF beynəlxalq sərmayələri 30%-dən 18-20%-ə endirməyi planlaşdırır.
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024