12:31 - 4.11.2024
4 noyabr, Fineko/abc.az. Azərbaycanın bank sektorunun aktivlərinin gəlirliliyi (RoAA) 2024-2026-cı illərdə 2,1%, sektorun kapitalının gəlirliliyi (ROE) isə 16% təşkil edəcək.
ABC.AZ xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyinin Azərbaycan bank sektoru üzrə proqnozunda bildirilib.
Reytinq agentliyi bank sektorunun qeyri-işlək kreditlərinin bu il 3,0%, 2025-ci ildə isə 3,2%, 2026-cı ildə isə 3,4%-ə qədər artacağını proqnozlaşdırıb. Agentlik həmçinin, kredit itkilərinin 2024-2026-cı illər üzrə ümumi portfelinin 1,2% təşkil edəcəyini müəyyən edib.
S&P bankların kreditlərinin depozitləri nisbətinin (LDR) 2024-cü il üzrə 105,1%, 2025-ci il üzrə 110,7% və 2026-cı il üzrə isə 116,5% təşkil edəcəyini proqnozlaşdırıb.
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024