Kipr şirkəti Azərbaycandakı nümayəndəliyini bağladı

15:14 - 4.11.2024


4 noyabr, Fineko/abc.az. Kiprin “Adlemanos Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunduğunu elan edir.

ABC.AZ xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1122 Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi pr., 78 B küçəsi, ev AHB İş mərkəzi, mənzil 111 ci otaq ünvanına bildirə bilərlər.

Xatırladaq ki, bu nümayəndəlik 2023-cü ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Tatiana Pantela-dır.