15:59 - 4.11.2024
4 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 5 milyard 585,8 milyon manat olub.
ABC.AZ xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9 % çoxdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 189,3 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 92,9 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,3 % artaraq 9 milyard 068,8 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyard 827,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,3 %-ini təşkil edib.
22 Yanvar 2025
22 Yanvar 2025
22 Yanvar 2025
22 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025