"Azəri-Çıraq-Günəşli"nın ümumi hasilatı açıqlandı

11:24 - 5.11.2024


5 noyabr, Fineko/abc.az. 2024-cü ilin ilk üç rübü ərzində Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə təqribən 402 milyon dollar əməliyyat məsrəfləri və 968 milyon dollar əsaslı məsrəflər xərclənib.

ABC.AZ xəbər verir ki, bu barədə AÇG-nin operatoru “BP Exploration (Caspian Sea) Limited” şirkəti açıqlama yayıb.

Məlumatda qeyd edilib ki, ilk üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (96 500), Qərbi Azəri (75 500), Şərqi Azəri (51 000), Dərinsulu Günəşli (57 400), Qərbi Çıraq (29 100) və ACE (6 500) platformalarından birlikdə – gündə orta hesabla 339 000 barel və ya ümumilikdə təxminən 93 milyon barel, yəni 13 milyon ton olub. Keçən rübün sonunda gündəlik hasilat  336 000 barel olmuşdu.

Bununla belə, hasilat keçən ildəkindən aşağıdır. Belə ki, keçən ilin eyni dövründə AÇG-dən ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (96 000), Qərbi Azəri (89 000), Şərqi Azəri (59 000), Dərinsulu Günəşli (67 000) və Qərbi Çıraq (34 000) platformalarından birlikdə – gündə orta hesabla 368 000 barel və ya ümumilikdə təxminən 100 milyon barel, yəni 14 milyon ton olub.