BP-nin Azərbaycan vətəndaşı olan işçilərinin sayı açıqlanıb

12:13 - 5.11.2024


5 noyabr, Fineko/abc.az.  2024-cü ilin üçüncü rübün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 401 nəfər olub.

ABC.AZ xəbər verir ki, bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

Keçən ilin eyni dövründə işçi sayı 2 395 nəfər olmuşdu.

Beləliklə, son bir ildə 0.25% artıb.