2024-cü ilin ilk üç rübü bu kəmərlə gündəlik 61.7 milyon kub-metr təbii qaz ixrac edilib

15:08 - 5.11.2024


5 noyabr, Fineko/abc.az. 2024-cü ilin ilk üç rübü ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə ixrac üçün gündəlik orta ötürücülük gücü 61.7 milyon kubmetr olub.

ABC.AZ xəbər verir ki, bu barədə operator “BP Azərbaycan” şirkəti məlumat yayıb.

Bu da 2024-cü ilin ilk yarısında 63.1 mln. kub-m, öncəki ilin eyni dövründə isə 60.5 mln. kub-m təbii qaz ixrac edilmişdi.

İlin ilk üç rübü ərzində CQBK-nin əməliyyat xərcləri təqribən 60 milyon dollar, əsaslı xərclər isə təxminən 13 milyon dollar olub. Keçən ilin eyni dövründə təqribən 49 milyon dollar, əsaslı xərclər isə 4.5 milyon dollardan çox olmuşdu.

İlk üç rüb ərzində Səngəçal terminaldan həmçinin gündəlik orta hesabla təxminən 74 milyon standart kubmetr (təxminən 2 milyard 609 milyon standart kubfut) Şahdəniz qazı göndərilib. Keçən ilin eyni dövründə bu rəqəm 71 milyon standart kubmetr (təxminən 2 milyard 522 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdi.