Bu fermerlərə subsidiya veriləcək

15:50 - 5.11.2024


5 noyabr, Fineko/abc.az. Azərbaycanda çayçılığın inkişafına dövlət dəstəyi genişləndirilir.

ABC.AZ xəbər verir ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, sentyabrın 1-dən gələn il mayın 31-dək salınacaq, yağış yağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunmuş çay plantasiyalarına görə fermerə hər hektar üçün 12000 manat əkin subsidiyası ödəniləcək.

Çay əkinlərinə 12000 manat dövlət dəstəyi yalnız Astara, Masallı, Lənkəran və Zaqatalada salınacaq plantasiyalara şamil edilir.

Həmçinin 2019-cu ildən bu ilin sentyabrına kimi salınmış çay plantasiyalarına görə də əkin subsidiyasının verilməsi nəzərdə tutulur. Son üç il ərzində salınmış plantasiyaların hər hektarına görə fermerə 800 manat subsidiya veriləcək.

2019-cu ildən əvvəl salınmış çay plantasiyalarının hər hektarına isə 250 manat subsidiya verilməsi nəzərdə tutulur.