16:33 - 5.11.2024
5 noyabr, Fineko/abc.az. Səudiyyə neft şirkəti Saudi Aramco-nun 2024-cü ilin yanvar-sentyabr ayları üzrə xalis mənfəəti 2023-cü ilin analoji dövrü ilə müqayisədə 11% azalaraq 83,9 milyard dollar təşkil edib.
ABC.AZ xəbər verir ki, eyni zamanda, III rübdə mənfəət illik müqayisədə 15% azalaraq 27,6 milyard dollara düşüb.
Şirkət maliyyə nəticələrini aşağı neft qiymətləri və aşağı emal marjaları ilə əlaqələndirir. Saudi Aramco-nun III rübdə orta neft satış dəyəri ötən ilki 89,3 dollara qarşı 79,3 dollar və ikinci rübdə 85,7 dollar, doqquz ay ərzində isə orta qiymət 2023-cü ilin eyni dövrü üçün bir barelə 82,9 dollar qarşılığında 82,7 dollara çatıb.
Şirkətin yanvar-sentyabr aylarında sərbəst pul axını 63,7 milyard dollar (-213%) təşkil edib. Şirkətin kapital xərclərinin həcmi 19%-dən çox artaraq 36,2 milyard dollara çatıb.
Saudi Aramco karbohidrogenlərinin hasilatı üçüncü rübdə 12,7 milyon barel (b/s) neft ekvivalenti (ikinci rübə 3% artım) təşkil edib.
Səudiyyə Ərəbistanı 2023-cü ilin mayından 2025-ci ilin sonuna qədər bir sıra OPEC+ ölkələri ilə razılaşmalar çərçivəsində könüllü olaraq neft hasilatını 500 min barel azaldır.
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
11 Dekabr 2024
11 Dekabr 2024
12 Dekabr 2024