Sənaye zonalarında 10 ayda 27 sahibkarlıq subyektinə rezidentlik verilib

17:10 - 5.11.2024


5 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın sənaye zonalarında 27 sahibkarlıq subyektinə rezidentlik verilib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, bunlardan 13-ü Ağdam Sənaye Parkının, 6-sı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 2-si Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Parkının, 2-si Masallı Sənaye Məhəlləsinin, 2-si Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.

Rezidentlər 213 milyon manatdan çox investisiya yatırmağı və 2600-dən çox daimi iş yeri yaratmağı planlaşdırır.

İndiyə qədər sənaye zonalarında investisiya dəyəri 7 milyard 820 milyon manatdan artıq olan 129 sahibkarlıq subyektinə rezident statusu verilib.