17:19 - 5.11.2024
5 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında BP şirkəti və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda 0,8 milyon ABŞ dolları xərcləyiblər.
ABC.AZ xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə bu ilin ilk üç rübü üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azdır.
Bu layihələrə hazırda davam edən 23 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 3 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxil olub.
Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə təxminən 1 milyon ABŞ dolları vəsait xərcləyib. Bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 milyon ABŞ dolları və ya 25 % çoxdur.
Bunlara hazırda davam edən 20 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 4 təşəbbüs, ölkənin zəngin mədəni irsini və idmanı təbliğ edən 1 layihə və müxtəlif mövzularda 6 konfrans və seminara dəstək, yəni ümumilikdə 32 layihə daxildir.
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
11 Dekabr 2024
11 Dekabr 2024
12 Dekabr 2024