10:47 - 6.11.2024
6 noyabr, Fineko/abc.az. ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Tramp seçki kampaniyalarına 3.5 milyard dollar xərcləyiblər. ABC.AZ xəbər verir ki, bunu “Financial Times” (FT) qəzeti hesablayıb. Nəşrin hesablamasına görə, bu seçkilər tarixin ən bahalı seçkiləri olub.
Xanım Harris 2.3 milyard dollardan çox vəsait toplayıb, bunun 1.9 milyard dollarını xərcləyib. Cənab Tramp isə 1.8 milyard dollar toplayıb və 1.6 milyard dollar xərcləyib.
Nəşr qeyd edir ki, Donald Tramp məhkəmə xərclərini ödəmək üçün 100 milyon dollardan çox – bütün vəsaitin 14%-ni xərcləyib. Onun barəsində bir neçə məhkəmə prosesi hələ davam edir.
11 Dekabr 2024
11 Dekabr 2024
11 Dekabr 2024
11 Dekabr 2024
11 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024