12:21 - 6.11.2024
6 noyabr, Fineko/abc.az. Bu il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınacaq üzüm bağlarının hər hektarına görə fermerlərə 8 min manat birdəfəlik əkin subsidiyası ödəniləcək.
ABC.AZ xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, qeyd olunan məbləğ Quba-Xaçmaz iqtisadi rayonu istisna olmaqla digər rayonlarda süfrə üzüm sortlarından, Qarabağ, Şərqi Zəngəzur, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Dağlıq Şirvan və Qazax-Tovuz iqtisadi rayonlarında texniki üzüm sortlarından olan tinglərin əkildiyi, sahəsi azı 2 hektar olan, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sığortalanmış üzüm bağlarına görə ödəniləcək. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021-ci ilin sentyabrından bu ilin sentyabrına kimi salınan üzüm bağlarının hər hektarına görə 700 manat əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur. 2021-ci ilin sentyabrından əvvəlki tarixlərdə salınan bağlara görə isə fermerlərə hər hektara görə 250 manat subsidiya ödəniləcək.
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024