“Xalq Sığorta” ASC bu qurumla məhkəmə çəkişməsində

17:07 - 6.11.2024


6 noyabr, Fineko/abc.az. “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti “Azəristiliktəchizat” ASC-ni məhkəməyə verib.

ABC.AZ-ın məlumatına görə, “Xalq Sığorta” müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Sığorta müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb, bununla bağlı iş Bakı Kommersiya Məhkəməsinə göndərilib.

İddia hakim Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq.