Azərbaycanın Fransa ilə ticarət dövriyyəsi 50 faiz azalıb

14:09 - 7.11.2024


7 noyabr, Fineko/abc.az. Azərbaycanın Fransa ilə ticarət dövriyyəsi bu ilin yanvar-sentyabr aylarında 241,5 milyon dollar təşkil edib. 

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50% azdır.

Hesabat dövründə ölkədən Fransaya ixrac 63,7 milyon dollar təşkil edib. Azərbaycanın bu ölkədən idxalının dəyəri isə 177,8 milyon dollar olub.