15:59 - 7.11.2024
7 noyabr, Fineko/abc.az. "Kredit büroları haqqında" Qanuna təklif edilən dəyişiklik parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
ABC.AZ xəbər verir ki, layihəyə əsasən, kredit bürosuna verilən neqativ məlumatlar (kredit tarixçəsi subyektinin borc öhdəliyinin yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və borc öhdəliyinin icra intizamını mənfi xarakterizə edən hər hansı məlumat) barədə bildirişlər kredit tarixçəsi subyektinə kredit bürosu tərəfindən ötürüləcək. Bu dəyişikliyə əsasən, kredit tarixçəsi subyekti onun barəsində kredit bürosuna daxil olan neqativ məlumatla bağlı ödənişsiz bildiriş almaq hüququna malik olacaq.
Bildirişə neqativ məlumatı verən subyekt barədə məlumat daxil ediləcək. Nəticədə borcalanlar hər hansı ehtiyatsızlıqdan, vaxt məhdudiyyətindən və s. oxşar xarakterli səbəblərdən yaranan neqativ məlumatlar barəsində xəbərdar olaraq, onları vaxtında aradan qaldıra biləcəklər.
Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. (Oxu.Az)
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024