COP28-in Prezidenti: COP29 Azərbaycanda növbəti uğurunu qazanacaq

12:31 - 11.11.2024


11 noyabr, Fineko/abc.az. COP29 Azərbaycanda növbəti uğurunu qazanacaq.

ABC.AZ xəbər verir ki, COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber COP29-un rəsmi açılış mərasimində deyib.

O bildirib: "Əməllərimiz sözlərimizdən güclü olmalıdır və əməlimizlə özümüzü göstərməliyik. Azərbaycanın dediyi və şüara çevirdiyi kimi "yaşıl dünya naminə" həmrəy olaq, əməkdaşlıq və tərəfdaşlıq edək. Bizim iqlim dəyişmələri kimi mövzuda çalışmağımız üçün iradəmiz olmalıdır".

Sultan Ahmad Al-Jaber vurğulayıb ki, hazırda qlobal səviyyədə bərpaolunan enerji potensialının artırılması üzrə təşəbbüsə 55 dövlət rəsmən qoşulub, lakin bu say artırılmalıdır. O, Dubayda əldə edilən konsensusun tarixi adlandırılması üçün daha çox iş görmək lazım olduğunu vurğulayıb.