C vitamini haqqında bunları bilməliyik

16:15 - 30.08.2018


30 avqust, Fineko/abc.az. C vitamini haqqında bunları bilməliyik

1. Kimyəvi adı askorbin turşusu olan C vitamini suda həll olan vitamindir və orqanizmdə sintez olunmur. Mütləq xaricdən qida və ya preparatlar vasitəsilə qəbul edilməlidir. Orqanizmdən tər və sidik yolları ilə xaric olunur və bu səbəbdən yayda və ya fiziki işlə məşğul olan şəxslər xüsusilə C vitamini tərkibli qidalara üstünlük verməlidirlər.

2. Turş dada və xüsusi ətrə malikdir.

3. Bir çox vitaminlərdən fərqli olaraq orqanizmdə ehtiyat şəklində toplanmır. Bu səbəbdən gündəlik rasionumuzda mütləq vitamin C ilə zəngin qidalar olmalıdır.

4. C vitamin immun sistemin aktivliyi üçün vacib olan vitaminlərdəndir.

5. Aparılmış tədqiqatlar vitamin C-nin xərçəng əleyhinə təsirə amlik olduğunu göstərmişdir. Şərq təbabətində C vitamini xərçəng xəstəliyinin müalicə sxeminə daxildir.

6. Yara və yanıqların müalicəsi, həmçinin diş əti qanamalarının qarşısının alınması üçün vacib vitamindir.

7. Hipertoniya xəstələrində təzyiqin tənzimlənməsinə yardımçı olur.

8. Orqanizmin xəstəliklərə qarşı müqavimətini artırdığından infeksion və iltihabi xəstəliklərdən orqanizmi qoruyur.

9. Güclü antioksidantdır. Xarici mühitin zərərli amilləri, keyfiyyətsiz su və hava orqanizmdə toksiki maddələrin və sərbəst radikalların miqdarını artırır. Vitamin C isə bunlarla mübarizədə mühüm rol oynayır.

10. Yetkin insanın gündəlik C vitamininə tələbatı 70-75mq-dır. Uşaqlarda isə bu tələbat 80-100 mq-dır. Vitamin C –nin bu dozadan artıq qəbulu məsləhət görülmür. Belə ki, normadan artıq C vitaminin qəbulu böyrəklərin işini artıra və böyrək daşı xəstəliyinə səbəb ola bilər. Bəzən ishal və allergiyaya da səbəb ola bilər.

11. Siqaret çəkmək, davamlı stress və travmalar vitamin C-yə olan tələbatı artırır.

12. Bəzən yorğunluq, əzginlik C vitaminin çatışmazlığı ilə bağlı ola bilər. Həmçinin əzələ və sümük ağrıları, çəki itkisi, dişlərin tökülməsi də vitamin C-nin çatışmazlığı ilə bağlı ola bilər.

13. Vitamin C ilə ən zəngin qidalar portağal, qreyfrut, narıngi və limon hesab edilir. Lakin,  itburnu və cəfəridə vitamin C daha çoxdur. Məsələn, itburnuda vitamin C-nin miqdarı 400 mq olduğu halda, portağalda bu rəqəm 50 mq-dır. Kivi, qovun, ananas və çiyələk də vitamin C ilə zəngin qidalardan hesab olunurlar.

14. Vitamin C temperatur və işığa həssas vitamindir. Bu səbəbdən tərəvəzlərin sərin yerdə saxlanması vitamin C nin parçalanmasının qarşısını alır. Lakin dondurmaq və ya donma həddinədək soyuq mühitdə də Vitamin C parçalanır, qida dəyərini itirir.

 

Bütün xəbərlər