10:37 - 15.11.2024
15 noyabr, Fineko/abc.az. 1 sotu 2 min manata olan torpaq sahəsi, 15 min manata təklif olunacaq.
ABC.AZ xəbər verir ki, söhbət paytaxtın Qaradağ royunu Ələt qəsəbəsindən gedir.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, infrastrukturun yenilənməsi, hava limanının tikilməsi bu ərazidə daşınmaz əmlakın qiymətinə təsir edib.
Ekspert bildirib ki, hazırda həmin ərazidə 1 sotu 2 min manata təklif olunan torpaq sahələrinin 2026-cı ilə qədər 6 min manatadək yüksələcəyi proqnozlaşdırılır. Hava limanı istifadəyə verildikdən sonra isə 2 min manata təklif olunan torpaq sahəsi 15 min manat civarında təklif olunacaq.
Qeyd edək ki, 2026-ci ildə inşasının başa çatırılması nəzərdə tutulan hava limanı 8 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı, taksi yolları, hava hərəkəti idarəetmə mərkəzi, yanacaq və yanğınsöndürmə xidmətləri və digər əlaqəli obyektləri əhatə edəcək.
Yeni obyektlər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, geniş dəmir yolu və avtomobil qovşaqlarına, eləcə də yeni hava limanına çıxış əldə edəcək.
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024