Azərbaycanda əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi üzrə kvota təsdiqlənib

17:34 - 30.08.2018


30 avqust, Fineko/abc.az. Azərbaycanda əlilliyi olan insanların məşğulluq kvotası təsdiqlənib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verildi ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları “Məşğulluq haqqında” qanunda qeyd edilib.

“Onların sırasına əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər daxil edilib”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, bu kateqoriyadan olan vətəndaşlara həmçinin əlavə təminat, xüsusilə, onlar üçün kvotanın müəyyən edilməsidir. Qanuna əsasən, kvotanın miqdarı müvafiq inzibati ərazi vahidində əmək bazarındakı vəziyyətdən asılı olaraq, müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə müəyyən olunur.

“Bu kvotaya riayət etməyən işəgötürənlər isə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər