12:56 - 16.11.2024
16 noyabr, Fineko/abc.az. "Yaşıl Kart" sistemi çərçivəsində yüksək məbləğdə sığorta ödənişi həyata keçirilib.
ABC.AZ xəbər verir ki, İcbari Sığorta Bürosu tərəfindən "Yaşıl Kart Sistemi" çərçivəsində ölkə xaricinə yüksək məbləğdə sığorta ödənişi həyata keçirilib. 79 680,56 manat (43 098,53 avro) məbləğində sığorta ödənişi Almaniyanın Dortmund şəhərində Azərbaycan Yaşıl Kartına malik olan Qazaxıstan dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibinin təqsiri üzündən baş vermiş hadisəyə görə ödənilib. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan "Yaşıl Kart" sahiblərinin təqsiri səbəbindən Rusiya, Türkiyə, Latviya, Polşa, Belarus, Rumıniya, Estoniya, Niderland və Belçikada ümumilkdə 264 yol-nəqliyyat hadisəsi baş verib. Həmin sığorta hadisələrinə görə 998 846 manat ödəniş həyata keçirilib.
14 Yanvar 2025
14 Yanvar 2025
14 Yanvar 2025
14 Yanvar 2025
13 Yanvar 2025
13 Yanvar 2025
13 Yanvar 2025
13 Yanvar 2025